Darvinin Dilemması: Ruh

Maddə nədir?

Elm adamları 20-ci əsrin əvvəllərində bir şey kəşf etdilər; maddə bildiyimiz kimi deyil. O sərt və rəngli də deyil. Qoxu, səs və görünüş də vermir. Maddə yalnız enerjidir. Oturduğumuz kreslo, söykəndiyimiz masa, içində olduğumuz ev, itimiz, qarşımızdakı insanlar, binalar, kosmos, ulduzlar, bir sözlə, bütün maddi dünya, bir enerji forması halında mövcuddur. Dolayısilə maddə barədə yaradılan bütün fəlsəfələr, bu gözlənilməz kəşf nəticəsində elmi cəhətdən süqut etdi. Elm, insan bədəninin daxilində olub, lakin ona aid olmayan, bütün fiziki dünyanı qavrayıb qəbul edən, lakin özü fiziki olmayan bir həqiqətin varlığını sübut etdi, bu insan ruhudur.


Ruh, qətiyyən materialistlərin iddialarıyla açıqlana bilməzdi. Canlıların xəyali təkamül prosesinə saysız saxta hekayə uyduran darvinizm, ruhun varlığı qarşısında susqun qalmışdı. Çünki ruh, maddə deyildi. Metafizik bir anlayış idi. Metafizik bir şeysə, materialistlər üçün qətiyyən qəbul edilə bilməzdi. Çünki metafizik bir şey, onların dırnaqarası ilahlaşdırdığı şüursuz hadisələri, təsadüfləri, şüursuz prosesləri yox edir, şüurlu yaradılışın, yəni Allahın varlığının dəlillərini ortaya qoyurdu. Onsuz da materialistlərin Qədim Yunanistandan bəri ruhun varlığına qarşı mübarizə aparmalarının səbəbi də məhz bu idi.

Qədim Yunanistandan dövrümüzədək davam edən bu mübarizənin artıq heç bir mənası qalmamışdır. Çünki insanı insan edən, "mən" deyən varlıq, yəni ruh mövcuddur və Allaha məxsusdur. Elm, hər şeyin insan ruhuna izlətdirildiyini, izlənilən bu təsvirlərdən başqa heç bir həqiqətdən bəhs etməyin mümkün olmadığını qəti şəkildə sübut etmişdir. Digər bir sözlə, elm, yeganə mütləq varlığın Allah olduğunu açıq şəkildə elan etmişdir.

Şübhəsiz ki, elmin bu qənaəti, materialist fəlsəfəni ilahlaşdıran zehinlərin yuyulması üçün əhəmiyyət daşıyır. Lakin əslində şüur sahibi hər insan, üstün bir ruha sahib olduğundan xəbərdardır. Əgər insan ağlını işlədə bilirsə, o zaman sevindiyi, düşündüyü, qərar verdiyi, mühakimə etdiyi, həyəcanlandığı, yazığı gəldiyi, narahat olduğu, bir almanın dadından həzz aldığı, musiqi dinləməkdən məmnun olduğu, təyyarələr yaratdığı, göydələnlər inşa etdiyi, laboratoriyalar yaradıb özünü araşdırdığı müddətcə, bunların hamısını gerçəkləşdirənin öz ruhu olduğunu anlayacaq.

Ruh sahibi olan insan, özbaşına buraxılmaq üçün yaradılmamışdır. Bu dünyadakı varlığının bir məqsədi var. O, Allahın ruhunu daşıyır və bu dünyada imtahan verir. Etdiyi və düşündüyü hər şeydən məsul tutulacaq. Həyatında darvinistlərin iddia etdikləri şəkildə təsadüflər, şüursuz təsadüfi hadisələr və məqsədsizlik yoxdur. Hər şey Allahın istəyi ilə yaradılmışdır və bunların hamısı, əlbəttə ki, imtahanın bir hissəsidir. Ölümlə bitəcək bu həyatında geridə yalnız bədənini qoyacaq. Ruhu isə, ruhun sığınacağı gerçək həyat olan axirətdə əbədiyyən yaşayacaq.

Bu, ruh sahibi olduğunu bilən, Allahı qiymətləndirə bilən hər insan üçün böyük müjdədir. Lakin darvinistlər, ruh sahibi olduqlarını qəbul etmədikləri müddətcə, bu həqiqətdən mümkün qədər qaçmağa davam edəcəklər. Həyatları boyunca inkar etdikləri Uca Allahın hüzuruna çıxacaqları həqiqətinə inanmamaq üçün müqavimət göstərəcəklər. Özlərini, təsadüfi yaranmış hüceyrə yığını kimi görməyə davam edəcək, DNT-ləri kəşf edən, atomun quruluşunu araşdıran, hüceyrənin dərinliklərinə gedib heyrətlənən insan şüuru qarşısında isə, tərəddüd etməyə davam edəcəklər. İnsan ruhu, Darvin və onun ardıcılları üçün böyük çıxılmaz vəziyyətdir. İçindən çıxa bilmədikləri, izah edə bilmədikləri, çıxış yolu tapa bilmədikləri ən əsas həqiqətdir. Allah onları, maddəni sanki yox etmək və ruhun varlığını (onların inkar edə bilməyəcəkləri şəkildə) elmi cəhətdən sübut etməklə məğlub etmişdir. Artıq bu həqiqət qarşısında edəcəkləri bütün etirazlar əsassız və mənasızdır.

Allah ayələrində belə buyurur:

Allahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyən əşyalara yalvaran kimsədən daha çox azmış kim ola bilər? Halbuki o bütlər onların yalvarışından xəbərsizdirlər.
İnsanlar bir yerə toplanılacaqları zaman bütlər onlara düşmən kəsiləcək və onların ibadətini inkar edəcəklər.
(Əhqaf surəsi, 5-6)


Darvinistlər və materialistlər bu həqiqəti dərk etməlidirlər: Tək həqiqət və mütləq varlıq Allahdır. Bu həqiqət qarşısında bütün batil dinlər çıxılmaz vəziyyətdədir. Qalan hər şey yalan, boş bir aldanışdır. Allah, böyük qüdrətiylə bütün varlıqları əhatə etmişdir. Hər şey Ona məxsusdur, Onun nəzarəti altındadır. Ruhun varlığını və yaradılışı inkar etmək, bu həqiqətləri dəyişdirməyəcək.

Bu saytda materialistlərin böyük yanılması, bunun elmi sübutu, bu həqiqət qarşısında darvinizmin düşdüyü çıxılmaz vəziyyət və ruhun mütləq varlığı əsas götürülmüşdür. Ruhun qavradığı dünyanın yalnız bir xəyal kimi yaradıldığı və bütün kainata hakim olan tək mütləq Varlığın, yerlərin və göylərin Hakimi və Sahibi olan Allah olduğu xatırladılır. Bu həqiqətləri görüb anlayan şüuru açıq hər insan, artıq yaşadığı dünyaya fərqli dünyagörüşüylə baxacaq və yeganə xilaskarının Allah olduğunu qavrayacaq. İnsan əsil həyat olan axirətdə nicat tapmaq üçün, məhz bu cür davranmalıdır.


 << Geri 


Məqalələr

Veb saytlar